Azərbaycanın ərazisindən NATO-nun apardığı İSAF əməliyyatı çərçivəsində yüklər daşınır

Azərbaycanın ərazisindən NATO-nun apardığı İSAF əməliyyatı çərçivəsində Əfqanstana indi də yüklər daşınır və ölkəmiz tərəşfindən müxtəlif xidmətlər göstərilir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov çərşənbə günü jurnalistlərə deyib.

Əzimov qeyd edib ki, Azərbaycan bu imkanı öz töhfəsi kimi təqdim edib.

XİN müavini hesab edir ki, bu tranzit imkanlardan NATO-ya üzv ölkələr, tərəfdaş ölkələr istifadə edir.

“Düzdür, 2014-cü ilin sonuna kimi İSAF qoşunları Əfqanstandan çıxacaq və yüklərin bir hissəsi Azərbaycanın təmin etdiyi tranzit dəhlizdən çıxarılıb Avropaya və digər ölkələrə qayıdacaq. Bu artıq indi istifadə edilir” Əzimov əlavə edib.

XİN rəsmisinin fikrincə, lakin daha böyük miqyasda yüklər 2013-cü ilin ikinci yarısından daşınmağa başlayacaq.
“Çünki bir il ərzində, yəni 2014-cü ilin ərzində bütün qoşunların çıxarılması planlaşmış şəkildə olmalıdır. Birdən-birə hamının çıxarılması mümkün deyil. İSAF bu ilin sonuna qədər qalmalıdır və öz missiyasını yavaş-yavaş Əfqanstan hökumətinə təhfil verilməlidir. Əfqanstan hökuməti bütün imkanları ona yönəldib ki, ölkənin bütün ərazisinə öz suveren nəzarətini sirayət etsin və təhlükəsizliyin təminatı məsələsinə özü nəzarət etsin. Bu proses indi də davam edir və demək olar ki, 90 faiz yerinə yetirib. Biz də öz tərəfimizdən Əfqanstanla bütün istiqamətlərdə əməkdaşlıq edirik və əməkdaşlığı davam etdirməyə hazırıq” Əzimov jurnalistlərə açıqlamasında bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO