Azərbaycanın penitensiar müəssisələrində vərəmdən ölüm halları azalıb

Azərbaycanın penitensiar müəssisələrində vərəmdən ölüm halları azalıb Bunu çərşənbə axşamı ölkənin rəsmi mətbuatı sayılan “Azərbaycan” qəzetində nəşr olunan yazısında ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib. “Penitensiar sistemdə qanunçuluğun möhkəmləndirilməsi, saxlanma şəraitinin və məhkumların gündəlik təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülüb, təkcə bu ildə 7500-dən çox məhkum hərtərəfli tibbi müayindən keçirilib, məhkumlar arasında ölüm hallarının sayı azalıb” nazir qeyd edib.

Nazir bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə sıx əməkdaşlıq nəticəsində ölkəmizdə ilk dəfə olaraq vərəmin çox ağır və ən təhlükəli forması olan “multirezistent” məhkumların DOTS-plus müalicəsinə başlanılıb və bu ildə 72 faiz uğurlu nəticə əldə edilib.
Məmmədovun sözlərinə görə, məhkumların islah edilməsində iştirak edən və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitə ilə sıx əməkdaşlıq davam edib və ötən dövr ərzində qurumun üzvləri tərəfindən penitensiar müəssisələrə 20 dəfə baş çəkilib, işin təkmilləşdirilməsinə dair tövsiyələr verilib.

“Həmçinin, yetkinliş yaşına çatmayan məhkumlar üçün tədris seminarları, məişət zorakılığı, insan alveri və digər mövzular üzrə maarifləndirmə aksiyaları, idman və mədəni tədbirlər təşkil edilib, çoxsaylı məhkumlara hüququ yardım göstərilib” nazir əlavə edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO