Azərbaycanın magistral yolunun bir hissəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Hacıqabul-Bəhramtəpə avtomobil yolunun Hacıqabul-Bulaqlı hissəsində asfalt-beton örtüyünün üst qatının qoyulması ilə əlaqədar Bakı-Qazax avtomobil yolunun 119-cu km-dən Sabirabad istiqamətində 6 km məsafədə hərəkət bu gündən tam məhdudlaşdırılıb.
Tam məhdudlaşdırılma aprelin 18-dək davam edəcək.
Alternativ yol kimi minik avtomobilləri Kür çayı üzərindəki körpüdən keçməklə Şirvan – Sabirabad, yük avtomobilləri isə Sabirabad – Surra – Padar avtomobil yolundan istifadə edə bilərlər.