Azərbaycanın hakim partiyası ölkədə ucuz mənzillərin tikintisini təklif edir


Azərbaycanda ucuz mənzillərin tikintisi stimullaşdırılmalıdır. Trend-in məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov cümə günü Milli Məclisdə Azərbaycan hökumətinin 2012-ci ildə fəaliyyəti barədə hesabatının dinlənilməsi zamanı bu təkliflə çıxış edib.

“Ucuz mənzillərin tikintisi, uzunmüddətli sərfəli kreditlərin verilməsi ilə aztəminatlı ailələrin mənzil probleminin həll olunmasına nail olmaq olar”, – o deyib.

O, eyni zmanda cəmiyyətdə təbəqələşmə riskinin olduğunu və bunun qarşısının alınması üçün aşağı əməkhaqqı alan həkimlərin, müəllimlərin, kiçik məmurların, təqaüdçülərin pul gəlirlərinin artmasına nail olmağı təklif edib.

Onun sözlərinə görə, bunu elə həyata keçirmək lazımdır ki, təbəqələşməyə gətirib çıxarmasın.

Əhmədov, həmçinin valideyin himayəsindən məhrum olunmuş insanların problemlərinin həlli ilə bağlı tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu bildirib.

YAP sədrinin müavini, həmçinin regionların bütün ehtiyaclarının ödənilməsi üçün dotasiyaların dayandırılmasını təklif edib. O bildirib ki, bunu bu günün reallıqları zəruri edir.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə müzakirələr zamanı bildirib ki, tikintisi yarımçıq qalmış binalarla bağlı ciddi ölçülər götürülməlidir. Onun sözlərinə görə, bu gün Bakı şəhərində çoxlu sayda yalnız bir neçə mərtəbəsi tikuilmiş binalar var ki, onlar şəhərin ümumi görünüşünə xələl gətirməklə yanaşı, onların tikilməsində də ciddi problemlər var. “Bu binaları tikən şəxslər cəmi 2-3 mərtəbəni tiksələr də, 16-cı mərtəbənin də pulunu alıblar və tikintini yarımçıq saxlayıblar. Bu da həmin binalarda mənzil alan vətəndaşların haqlı narazılığına səbəb olur”, – o deyib. O qeyd edib ki, bir sıra hallarda həmin tikilən binalar sadə vətəndaşların adına qeydiyyata alınır və şikayət edənlər hara müraciət edəcəklərini bilmirlər. Deputat vurğulayıb ki, hökumət bu binaları almalı, tikintisini başa çatdırmalı və vətəndaşları aldadan sahibkarlarla bağlı ciddi ölçü götürməlidir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO