Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümünə həsr olunmuş sərgi təşkil olunacaq

Bakıda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümünə həsr olunmuş “Yaşa, Azərbaycanım, yaşa!” adlı tədbir-sərgi təşkil olunacaq. Trend-in məlumatına görə, Azərbaycan İstiqlal Muzeyindən cümə günü bildirilib ki, Muzeyin ekspozisiyasında oktyabrın 16-sı saat 12:00-da təşkil olunacaq sərgidə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təsviri sənət, rəsmxətt və onun tədrisi metodikası kafedrasının müəllimi Səyyar Əliyevin 35 rəsm əsəri nümayiş olunacaq.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, rəssam Səyyar Əliyev və başqaları çıxış edəcəklər.
Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbə heyəti, rəssamlar iştirak edəcəklər.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO