Azərbaycanla ABŞ arasında müdafiə sahəsində uğurlu hərbi əməkdaşlıq geniş işıqlandırılıb

Aprelin 17-də ABŞ Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan ABŞ Silahlı Qüvvələrinin Mətbuat Xidməti (American Force Press Service) Azərbaycanla ABŞ arasında müdafiə sahəsində uğurlu hərbi əməkdaşlıqdan bəhs edən mətbuat buraxılışı dərc edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, sözügedən mətbuat buraxılışı ABŞ-ın bir çox nüfuzlu mətbu orqanlarında, o cümlədən “Wall Street Journal”, “Yahoo News”, “Boston Globe” və digər qəzet və internet dərgilərində yerləşdirilib.
ABŞ-ın müxtəlif ştatlarının, o cümlədən Texas, Corciya, Pensilvaniya, Massaçusets, Missuri, Kaliforniya, Merilənd, İndiana ştatlarının yerli qəzetləri də məqaləyə böyük maraq göstərərək məlumat buraxılışlarında ona yer ayırıblar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO