“Azərbaycandakı prezident seçkiləri AŞ PA-nın yanvar sessiyasının gündəliyinə salınmayıb”

Ölkəmizin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov belə deyib“Azərbaycandakı prezident seçkiləri AŞ PA-nın yanvar sessiyasının gündəliyinə salınmayıb”Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı məsələ Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yanvar sessiyasında müzakirə olunmayacaq. Bu barədə APA-ya AŞ PA Daimi Komitəsinin Madriddə keçirilmiş iclasında iştirak edən Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. S. Seyidov bildirib ki, bu gün Daimi Komitədə oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ətraflı müzakirələr aparılıb, AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel məruzəsini təqdim edib. Məruzə ətrafında çox geniş müzakirələr aparılıb, 13 nəfər, o cümlədən AŞ PA prezidenti Luis Mariya de Puç çıxış edib. L. M. de Puç bildirib ki, Azərbaycan xalqı öz prezidentini seçib, öz iradəsini sərbəst ifadə edib: “AŞ PA prezidenti dedi ki, seçki baş tutub, səsvermə Avropa Şurasının prinsiplərinə uyğun keçirilib. Əgər xalq sərbəst öz prezidentini seçirsə, deməli, bu seçki Avropa Şurasının dəyərlərinə uyğun təşkil olunub”. S. Seyidovun sözlərinə görə, Azərbaycanda keçirilən prezident seçkilərinin demokratik prinsiplərə uyğun təşkil olunduğu bildirilib və qərara alınıb ki, bu məsələ yanvar sessiyasında müzakirəyə çıxarılmasın: “Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı proses artıq yekunlaşdı”. Azərbaycan-AŞ münasibətlərinin bundan sonra da inkişaf edəcəyini qeyd edən S. Seyidov qurumun artıq növbəti seçkilər üçün ölkəmizə kömək etməyə hazır olduğunu bildirib “Həm AŞ PA Bürosunun dünən Madriddə, həm də Daimi Komitənin bugünkü iclasında AŞ PA missiyası ilə ATƏT müşahidəçilərinin seçkilərlə bağlı birgə məruzə hazırlaması məsələsi ciddi müzakirə olundu. AŞ PA deputatları bundan narazı qaldıqlarına görə qərara alınıb ki, gələcəkdə seçkilərin birgə müşahidəsi ilə bağlı AŞ PA-nın yanvar sessiyasında dinləmələr təşkil edilsin”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO