Azərbaycanda Türkdilli Ölkələrin və Toplumların II Media Forumu başlayıb

Azərbaycanda Türkdilli Ölkələrin və Toplumların II Media Forumu başlayıb “Qloballaşan dünyada türkdilli media faktoru: fərqliliklər və ortaq maraqlar” mövzusunda keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, KKTC və digər ölkələrin nümayəndələri iştirak edir. Forumda şıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov növbəti forumun əhəmiyyətli olacağına inandığını vurğulayıb. O, Azərbaycan prezidentinin forumun yüksək səviyyədə keçməsinə dəstək verdiyini bildirib.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan prezidenti İlham Əliyevin Foruma ünvanladığı təbrik məktubunu oxuyub.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu isə Başbakanlıq Basın Yayın İnformasiya genel müdiri Murat Karakaya tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO