“Azərbaycanda ordu üzərində ictimai nəzarətin tətbiqi lazımdır “

Artıq bir ildən çoxdur bununla bağlı iş apardıqlarını deyən ombudsmanın sözlərinə görə, ictimai nəzarətin tətbiqində məqsəd hansısa əməliyyat planı ilə yaxud hansı silah və texnikalarla tanış olmaq deyil: “Məqsəd əsgərlərə qarşı nizamnamədənkənar hallara yol verilməsinin qarşısını almaqdır. Biz təklif etmişik ki bununla bağlı dövlət hansısa qanun hazırlasın, əsasnamə təsdiq edilsin”.

E. Süleymanova fevralın sonlarında orduda 7 nəfərin həlak olması ilə bağlı baş vermiş hadisəni də diqqətdə saxladığını bildirib. Ombudsman faktla bağlı araşdırma aparıldığını və nəticələrin ictimaiyyətə açıqlanacağına ümid etdiyini vurğulayıb.

Ombudsman bir neçə gün əvvəl Bakı şəhərində 5 yaşlı qız uşağının valideynləri tərəfindən döyülərək öldürülməsi faktı üzrə prosesləri də diqqətdə saxladığını bildirib. Burada bəzi faktların hüquq mühafizə orqanları tərəfindən diqqətlə və ciddi araşdırmasını vacib sayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO