Azərbaycanda nikah və boşanmaların sayı artıb

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2011-ci ildə ölkədə 88 151 nikah qeydə alınıb. 2010-cu ildə qeydə alınan nikahların sayı 79 min 300 olub. Nazirlikdən bildirib ki, bu nikahlardan 2696-sı Azərbaycan vətəndaşı olan qadınlarla əcnəbilər arasında bağlanıb. Qurumdan əcnəbilərlə bağlanan nikahların da sayının artdığı bildirilib.

Hesabat dövründə ölkədə 10 801 nikahın pozulması faktı qeydə alınıb. Bu isə 2010-cu ildə qeydə alınan boşanmaların sayı ilə müqayisədə 1901 fakt artıb. Belə ki, 2010-cu ildə rəsmi orqanlar tərəfindən ölkədə 8900 nikahın pozulması faktı qeydə alınıb.
Boşanmaların 121-i əcnəbilərlə bağlanmış nikahlara aiddir. Nazirlikdən bildirilib ki, əcnəbilərlə qurulan ailələr arasında boşanmaların sayında artım müşahidə olunub.

Ötən il qeydə alınan nikahların 58-də tərəflər arasında nikah müqaviləsi bağlanıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO