Azərbaycanda ümumxalq səsverməsi başlayıb

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçiciləri fəal olmağa çağırıb

«İctimaiyyətə referendum aktı və onun müqayisəli mətni artıq kifayət qədər yayılıb və seçicilər onunla yaxından tanış olublar».

Bunu bu gün ölkədə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı baş tutacaq referendum ilə bağlı keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bir daha qeyd edib ki, seçicilər 29 bənd üzrə səs verəcəklər. MSK sədrinin sözlərinə görə, hər bir hissə üzrə səsvermənin nəticələri ayrı-ayrılıqda toplanacaq. «Hər bir hissə üzrə sizə seçim etmək imkanı yaradılıb. Əgər referenduma çıxarılan hər hansı hissə ilə razısınızsa, həmin hissənin qarşısında lehinə yazılmış damada işarə qoymalısınız.

Razı deyilsinizsə, əksinə. Artıq Azərbaycan ictimaiyyəti seçki bületeni ilə kifayət qədər tanışdır və öz seçimini edib». Onun sözlərinə görə, səsvermənin gedişi, yekunlarının rəsmiləşdirilib Dairə Seçki Komissiyalarına, sonra isə MSK-ya çatdırılması məsələləri MSK-nın Seçkilərlərin İnformasiya Mərkəzindən ictiamiyyətə çatdırılacaq.

Məzahir Pənahov seçiciləri fəal olmağa və referendumda iştirak etməyə çağırıb.
Qeyd edək ki, səsvermə məntəqələri artıq saat 08:00-dan etibarən açılıb və axşam saat 19:00-da başa çatacaq. Səsvermənin gedişi barədə gün ərzində 5 dəfə ictimaiyyətə məlumat veriləcək. Səsvermə 125 dairədə, 5367 seçki məntəqəsində reallaşacaq.

Röya Rəfiyeva/ANS PRESS/

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO