Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir

Ölkələr, əsasən, nazirlər səviyyəsində təmsil olunurlar. Bundan başqa, müxtəlif ölkələrdən mədəniyyət xadimləri, media və QHT təmsilçiləri, alimlər tədbirdə iştirak edirlər. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, AŞ-nın sabiq baş katibi, Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri Valter Şvimmer, UNESCO və BMT rəsmiləri də tədbir iştirakçıları arasındadır.

Forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Bundan başqa, Azərbaycandan dövlət və hökumət nümayəndələri, millət vəkilləri, diplomatik korpusun üzvləri, media və QHT təmsilçiləri, elm adamları forumun işinə qatılıblar.

Foruma 20 ölkədən 435 qonaq qatılıb. Tədbir üç gün davam edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO