Azərbaycanda miqrasiya orqanlarına işə qəbulla bağlı test imtahanı keçiriləcək.

Sentyabrın 2-də miqrasiya orqanlarına işə qəbulla bağlı test imtahanı keçiriləcək. Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, imtahan Bakı şəhəri, Möhsün Sənani küçəsi 14 ünvanında yerləşən Qızlar Universitetinin inzibati binasında keçiriləcək. Qulluğa qəbul ilə bağlı müraciət etmiş namizədlər “İmtahana buraxılış vərəqəsi “ni sentyabrın 1-dək saat 09:00-dan saat 17:00-a qədər Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanından – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Aparatından əldə edə bilərlər.
Qeyd edək ki, miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar iyulun 2-dən avqustun 3-dək elan olunmuş sənəd qəbulu başa çatıb.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO