Azərbaycanda doktorantura səviyyəsi üzrə yeni sənəd hazırlanır

Azərbaycan Təhsil Nazirliyi (TN) ali təhsilin doktorantura səviyyəsi üzrə ayrıca əsasnamə hazırlayır. Bunu çərşənbə günü Trend-ə TN-in Elm şöbəsinin müdiri Gültəkin Hüseynova deyib. O bildirib ki, nazirliyin hazırladığı “Azərbaycanda doktorantura təhsilinin dövlət standartı və proqramı”nın layihəsinə Nazirlər Kabineti artıq öz rəy və təkliflərini verib. “Sənədə verilən əsas rəy odur ki, Azərbaycanda “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” adlı sənəd olduğuna görə ilk növbədə bu sənədə doktorantura ilə bağlı əlavə və dəyişikliklər edilməlidir. Ondan sonra isə doktorantura səviyyəsi üçün əsasnamə hazırlanmalıdır”, – Hüseynova deyib.
O qeyd edib ki, “Azərbaycanda doktorantura təhsilinin dövlət standartı və proqramı”nın layihəsi əsasında hazırlanan əsasnamədə doktorantura təhsilinin məzmunu, təşkili ilə bütün məsələlər öz əksini tapacaq.
Şöbə müdirinin dediyinə görə, bu sənəd hazır olduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyası, Ali Attestasiya Komissiyası ilə birgə müzakirə olunmalıdır. Layihələr həmin qurumlarla razılaşdırıldıqdan sonra NK-ya təqdim ediləcək.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO