Azərbaycanda bu ilin ilk üç ayında yol qəzaları zamanı 258 nəfər ölüb

Bu ilin ilk 3 ayında Azərbaycanda 646 yol qəzası baş verib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
Onun sözlərinə görə, 2013-cü ilin yanvarın 1-dən martın 31-dək respublika ərazisində 646 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən hadisələr zamanı 258 nəfər ölüb, 691 nəfər xəsarət alıb.
Şöbə rəisi deyib ki, baş verən yol-nəqliyyat hadisələrinin çoxu gənc və təcrübəsiz yox, uzun illər təcrübəsi olan və orta yaşlı sürücülər tərəfindən törədilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO