Azərbaycanda 2016-cı ilə qədər “e-hökumət “in inkişafı üzrə yeni proqram hazırlanır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “2013-2015-ci illərdə elektron hökumətin inkişafı Dövlət Proqramı” layihəsini hazırlayır. Bu barədə çərşənbə axşamı Trend-ə nazirlikdən məlumat verilib.
“Təxminən ayın sonuna qədər layihə Prezident Administrasiyasına təqdim olunacaq”, – nazirlikdən bildiriblər.
Bu proqram “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nın davamıdır.
Yeni proqram respublikada “elektron hökumət”in formalaşdırılması və bunun üçün dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi yolu ilə idarəetmənin metod və mexanizmlərinin təkmilləşdirilməsi, elektron xidmətlərin göstərilməsi, həmçinin əhali və təşkilatların bu xidmətlərə asan və sərbəst çıxışı üçün kompleks tədbirlərin görülməsini nəzərdə tutur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO