Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəyyən edilsin.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan MR-in ərazisində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və ondan istifadə, elektron hökumətin formalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək, Azərbaycan Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı
¹
Tədbirin adı
İcraçılar
İcra müddəti
Təşkilati tədbirlər
1.
Azərbaycan Respublikasında 2013-cü ilin informasiya-kommunikasiya texnologiyaları (bundan sonra – İKT) ili elan edilməsi ilə bağlı saytın yaradılması və fəaliyyətinin təmin edilməsi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
mart-aprel
2.
Şəhər və rayonlarda ictimai yerlərdə İKT ili ilə əlaqədar təşviqat xarakterli məlumatların yerləşdirilməsi, görülən işlər haqqında məlumatların kütləvi informasiya vasitələrində mütəmadi işıqlandırılması
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, yerli icra hakimiyyəti orqanları, “Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Şurasını cəlb etməklə
il ərzində
3.
“İnformasiya təhlükəsizliyi problemləri üzrə I respublika elmi-praktiki konfransı” mövzusunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfransın keçirilməsi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası
may
4.
“İKT ili”nin yekununa həsr olunmuş təntənəli tədbirin keçirilməsi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
dekabr
Normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi
5.
Sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ədliyyə Nazirliyi
il ərzində
6.
Beynəlxalq standartlar əsasında sahə üzrə standartların hazırlanması
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
il ərzində
7.
İKT-nin inkişafı üzrə strategiyanın hazırlanması
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
il ərzində
8.
.az domenindən istifadənin genişləndirilməsi, qeydiyyat prosesinin təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ədliyyə Nazirliyi
il ərzində
9.
Rabitə və internet xidmətləri tariflərinin həmin xidmətlərin maya dəyərinə uyğunlaşdırılması üzrə tədbirlərin görülməsi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Tarif (qiymət) Şurası
il ərzində
İKT potensialının gücləndirilməsi
10.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyətinin təşkili
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi
il ərzində
11.
“Yüksək Texnologiyalar Parkı”nın fəaliyyətinin təşkili
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
il ərzində
12.
Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təşkili
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi
il ərzində
13.
İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətinin təşkili
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi
il ərzində
14.
“Elektron hökumət”in formalaşdırılması üzrə tədbirlərin davam etdirilməsi, elektron xidmətlərdən istifadənin
kütləviliyinin artırılması üzrə fəaliyyətin genişləndirilməsi
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
il ərzində
15.
elektron səhiyyə, elektron təhsil, elektron satınalma, elektron
turizm, elektron notariat, elektron mədəniyyət, elektron arxiv, elektron məhkəmə, elektron ticarət, elektron ödəmə həllərinin tətbiqinin genişləndirilməsi
Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Milli Arxiv İdarəsi, Satınalmalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi
il ərzində
16.
“ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin elektronlaşdırılması üzrə tədbirlərin görülməsi
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
il ərzində
17.
Seçki prosesində İKT-nin tətbiqinin genişləndirilməsi
Mərkəzi Seçki Komissiyası, Xüsusi Dövlət Mühafizə Xidməti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
il ərzində
18.
Regionlarda genişzolaqlı internet xidmətlərindən istifadənin
genişləndirilməsi üzrə tədbirlər görülməsi, pilot layihənin həyata keçirilməsi
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, yerli icra hakimiyyəti orqanları
il ərzində
19.
İnternetin keyfiyyətinin artırılması, istifadəçilərin hüquqlarının qorunması üzrə tədbirlərin görülməsi
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
il ərzində
20.
Azərbaycan Respublikasının ərazisində rəqəmli televiziya yayımına keçidin təmin olunması
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, Milli Televiziya və Radio Şurası
il ərzində
21.
Mobil nömrə daşınması, mobil
cihazların qeydiyyatı sistemlərinin tətbiqi
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi
il ərzində
22.
Azərbaycana dair kontentin və Wikipedia kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi üzrə tədbirlərin görülməsi
Azərbaycan Milli Elmlər
Akademiyası, Təhsil
Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qeyri-hökumət təşkilatlarını cəlb etməklə
il ərzində
23.
İKT-nin tətbiqi ilə əlaqədar
elmi-tədqiqat işlərinin aparılmasına dəstəyin göstərilməsi
Azərbaycan Milli Elmlər
Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
il ərzində
24.
AzScienceNet Elm kompyuter şəbəkəsinin ölkə üzrə infrastrukturunun inkişaf etdirilməsi
Azərbaycan Milli Elmlər
Akademiyası
il ərzində
25.
Ölkə üzrə elmi qurumların və ali təhsil müəssisələrinin beynəlxalq elmi bazalara (ACM, IEEE, Springer, Elsevier və s.) çıxış imkanının yaradılması üçün tədbirlərin görülməsi
Azərbaycan Milli Elmlər
Akademiyası, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
il ərzində
26.
Azərbaycan Respublikasının İKT sahəsində kadr potensialı barədə məlumat sisteminin işlənməsi
Azərbaycan Milli Elmlər
Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
il ərzində
İnformasiya cəmiyyəti və insan potensialının inkişafı
27.
Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların İKT-dən istifadə imkanlarının artırılması üzrə işlərin həyata keçirilməsi
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi Heydər Əliyev Fondunu cəlb etməklə
il ərzində
28.
Regionlarda “elektron hökumət” imkanlarından istifadəsinin təmin olunması məqsədilə ictimai informasiya kioskları şəbəkəsinin genişləndirilməsi
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, yerli icra hakimiyyəti orqanları
il ərzində
29.
İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi
Elmin İnkişaf Fondu, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi
il ərzində
30.
Azərbaycan həqiqətlərini virtual məkanda əks etdirən informasiya resurslarının yaradılması, təbliği və yayılması üzrə tədbirlərin görülməsi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Heydər Əliyev Fondu və digər
qeyri-hökumət təşkilatlarını cəlb etməklə
il ərzində
31.
Xaricdə yaşayan azərbaycanlılara informasiya dəstəyi üzrə tədbirlərin görülməsi, birgə onlayn forumun keçirilməsi
Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Heydər Əliyev Fondunu cəlb etməklə
il ərzində
32.
Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı tədbirlərin görülməsi
Müəllif Hüquqları Agentliyi
il ərzində
33.
Distant təhsilin inkişaf etdirilməsi üzrə tədbirlərin görülməsi
Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
il ərzində
34.
İctimai yerlərdə ödənişsiz WiFi zonalarının yaradılması ilə bağlı tədbirlərin görülməsi
İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi
il ərzində
35.
Onlayn medianın inkişafı üzrə tədbirlərin görülməsi
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
qeyri-hökumət təşkilatlarını cəlb etməklə
il ərzində
36.
İKT üzrə statistikanın beynəlxalq təcrübəyə uyğun
təkmilləşdirilməsi
Dövlət Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
qeyri-hökumət təşkilatlarını cəlb etməklə
il ərzində
37.
Uşaqlar üçün “Təhlükəsiz internet” üzrə tədbirlərin görülməsi
Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Heydər Əliyev Fondu və digər
qeyri-hökumət təşkilatlarını cəlb etməklə
il ərzində
38.
Regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədi ilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının, seminarların keçirilməsi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Heydər Əliyev Fondu və digər
qeyri-hökumət təşkilatlarını cəlb etməklə
il ərzində
39.
Əhəmiyyətli mövzular üzrə onlayn tədbirlərin keçirilməsi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi Heydər Əliyev Fondu və digər
qeyri-hökumət təşkilatlarını cəlb etməklə
il ərzində
40.
“Mənim Azərbaycanım” internet foto müsabiqənin keçirilməsi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi Heydər Əliyev Fondu və digər
qeyri-hökumət təşkilatlarını cəlb etməklə
il ərzində
41.
İKT üzrə müsabiqə, viktorina, olimpiadaların, həmçinin onlayn keçirilməsi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
il ərzində
42.
İKT üzrə beynəlxalq və ümumrespublika konfranslarının, forumların, seminarların, dəyirmi masaların, sərgilərin keçirilməsi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Gömrük Komitəsi, Müəllif Hüquqları Agentliyi
il ərzində
43.
İKT üzrə kadr hazırlığı səviyyəsinin artırılması üzrə təkliflərin hazırlanması, təhsil müəssisələrində İKT-nin tətbiqinin genişləndirilməsi
Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
il ərzində
44.
İKT ixtisaslarının təbliği üzrə maarifləndirmə işlərinin aparılması, tələbə və şagirdlərin İKT obyektlərinə ekskursiyalarının təşkili
Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
il ərzində
45.
“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin fəaliyyətinin təşkili
Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
il ərzində
46.
“Onlayn fikir bankı”nın yaradılması
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər
Akademiyası
il ərzində
47.
İKT sahəsinin inkişafına həsr olunmuş məqalələrin, kitabçaların və digər çap məhsullarının hazırlanması
Azərbaycan Milli Elmlər
Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
il ərzində
48.
Kitabxanalarda İKT-dən istifadənin genişləndirilməsi
Mədəniyyət və Turizm Nazirliyi
il ərzində
49.
Cəmiyyətin İKT-yə tələbatının öyrənilməsi, İKT-nin kütləviləşdirilməsi üzrə tədbirlərin keçirilməsi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi
qeyri-hökumət təşkilatlarını cəlb etməklə
il ərzində
50.
Azərbaycan Respublikasının
diplomatik nümayəndəliklərinin İKT-nin Azərbaycan Respublikasında inkişafı üzrə təşviqat materialları, məlumatlarla təminatının təşkili
Xarici İşlər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
il ərzində
51.
Xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik
nümayəndəliklərinin ölkədə İKT-nin inkişafı barədə məlumatlandırılması
Xarici İşlər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
mütəmadi
52.
Elektron mənzil növbəsi və bölgüsünün tətbiqi ilə bağlı tədbirlərin görülməsi
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları
mütəmadi