Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstanda səfərdə olub

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstan İslam Respublikasında səfərdə olub.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər müddətində xarici işlər nazirinin müavini Əfqanıstanın vitse-prezidenti Kərim Xəlili, xarici işlər naziri Zaymal Rasul, dağ-mədən naziri Vahidullah Şahrani və nəqliyyat və mülki aviasiya naziri Davud Ali Nəcəfi ilə görüşüb.

Görüşlərdə Azərbaycan ilə Əfqanıstan arasında münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilmiş və Əfqanıstanda sülh, sabitlik və inkişafın təmin edilməsi məqsədilə ikitərəfli və çoxtərəfli formatlarda həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini Araz Əzimov əfqanıstanlı həmkarı Cavid Ludin ilə birlikdə “Asiyanın ürəyi” ölkələrinin səfirlərinin iclasına həmsədrlik edib. İclasda Əfqanıstan üzrə İstanbul Prosesinin Yüksək Vəzifəli Şəxslərinin 6 fevral tarixində Bakıda keçiriləcək iclasına hazırlıq məsələləri müzakirə edilib.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO