Azərbaycan və Serbiya arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında saziş ratifikasiya ediləcək


Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan və Serbiya arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyası müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, sənəd barədə məlumat verən komitə sədri Eldar İbrahimov bildirib ki, bu gün Azərbaycanla Balkan ölkələri arasında sıx əlaqələr mövcuddur və məhz bu münasibətlərin nəticəsi olaraq Serbiya prezidentinin bu yaxınlarda ölkəmizə səfəri zamanı belə bir sənəd imzalanıb.

Saziş heyvanların və heyvan mənşəli məhsulların dövriyyəsinin asanlaşdırılmasını, eyni zamanda yoluxucu heyvan xəstəliklərini, heyvan mənşəli təhlükəli məhsulların daxil olmasının qarşının alınmasını özündə ehtiva edir.

Sənəd,həmçinin baytarlıq sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edir. Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO