Azərbaycan və ABŞ aprel ayında birgə hərbi kurslar keçirəcəklər


Azərbaycan və ABŞ aprel ayında birgə hərbi kurslar keçirəcəklər.
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən “Parlament – hərbi əlaqələr və nəzarət” mövzusunda keçiriləcək ilk kurslar 9-12 aprel tarixlərində Almaniyanın Qarmiş-Partenkirhen əyalətində baş tutacaq.
İkitərəfli əməkdaşlıq planına əsasən, həmçinin aprelin 10-dan başlayaraq ABŞ-ın San-Antoniyo şəhərində iki illik “Motoatıcı kapitanları” kursu, həmin şəhərdə il yarımlıq “Artilleriya kapitanları” kursu keçiriləcək

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO