Azərbaycan Turizm İnstitutunda Xocalı faciəsi anılıb

Fevralın 26-da Azərbaycan Turizm İnstitutunda Xocalı faciəsinin 21-ci ildönümü anılıb.
İnstitutdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, ATİ-də ilk dərslər Qarabağ tarixi, ötən əsrdə ermənilərin dəfələrlə yurdumuzda törətdikləri vəhşiliklərə və Ermənistan-Azərbaycan münaqişəsini şərtləndirən səbəblərə həsr olunub.
Tələbələr 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni hərbi birləşmələri, eyni zamanda Rusiyanın 366-cı motoatıcı alayının hərbçiləri tərəfindən soydaşlarımıza qarşı işlənmiş dəhşətli cinayət faktlarına sadəcə qulaq asmamışlar. Onlar həm də indiyədək bəşəri cinayətə hüquqi-siyasi qiymətin verilmədiyinə öz münasibətlərini bildiriblər.
Anım mərasimində ermənilər tərəfindən bir gecədə yer üzündən silinən qədim şəhərdə 106 qadının, 63 uşağın, 8 ailənin tamamilə qəddarlıqla qətlə yetirildiyini, 1275 nəfərin əsir götürüldüyünü heç vaxt unutmayacaqlarını, Xocalı soyqırımının tarixin üzqarası olduğunu qətiyyətlə bildiriblər

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO