Azərbaycan Qaçqınlar Cəmiyyəti Əkrəm Əylisinin kitablarlna od vurulması təklifi ilə çıxış edib

Azərbaycan Qaçqın Cəmiyyəti Xalq yazıçısı Əkrəm Əylisinin “Daş yuxular” romanı ilə bağlı bəyanat yayıb.

Cəmiyyətdən APA-ya daxil olan bəyanatda Ə. Əylislinin “Daş yuxular” romanı pislənilib, yazıçı ilə bağlı “öz şəxsi və qrup mənafelərini millətin və dövlətin mənafeyindən yüksəkdə tutan, bunun üçün erməniyə “dayı” deyən” kimi ifadələr səsləndirilib, əsərin “erməni diqtəsi, erməni düşüncəsi, erməni baxışı ilə yazıldığı, Azərbaycanın bütün mənəvi, ilk növbədə milli, dini və əxlaqi dəyərlərinə qarşı çevrildiyi” qeyd olunub.

“Bu əsəri ilə Ə.Əylisli sübut elədi ki, onunla Azərbaycan xalqı arasında heç bir genetik bağlılıq yoxdur. Xalqımızın istər 1918-1920-ci, istər 1948-1953-cü, istərsə də 1988-1994-cü illərdə məruz qaldığı faciələrin ona heç bir təsiri olmamış, bu faciələr onun yaddaşında iz buraxmamışdır. Onun sinəsində illərdən bəri bir erməni ürəyi döyünmüş, bu ürək həmişə gizli bir erməni sevgisi, Eçmiədzin həsrəti ilə çırpınmış, Azərbaycanın faciə və dərdləri onun erməni ürəyi üçün yad və yabançı olmuşdur” deyə qeyd edilən bəyanatda ermənilərin Azərbaycanda törətdikləri faciələr sadalandıqdan sonra qeyd edilib: “Əkrəm Əylislinin “Daş yuxular”ında erməni təcavüzünün qurbanı olaraq elini, yurdunu, doğmalarını itirmiş qaçqın soydaşlarımız xüsusilə söyüş və təhqirlərə məruz qalmışdır. Biz bu adamı bir azərbaycanlı hesab etsəydik, onu cəzalandırmağın yolunu tapar, ən azı, M.S.Ordubadinin “Qanlı sənələr” kitabını o Əylis gədəsinə vərəq-vərəq yedirərdik. Lakin o, bizim üçün bir ermənidir və bir ermənidən də ancaq “Daş yuxular”dakı şəkildə hədyan və küfr eşitmək olar”.

Cəmiyyətin bəyanatında Ə. Əylislinin titullarının alınması, onun əsərlərinin dərsliklərdən çıxarılması, yazıçının şəxsi kitabxanalardakı kitablarına od vurulması, bundan sonra yazıçının “Ək­rəm Əylisli” yox, erməni mətbuatındakı kimi, “Aram Akulisski” adlandırılması təklif olunub.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO