“Azərbaycan qadınların cəmiyyətin siyasi həyatında iştirakına həsr olunmuş YUNESKO layihələrində aktiv iştirak edir”

“Azərbaycan qadınların cəmiyyətin siyasi həyatında iştirakına həsr olunmuş YUNESKO layihələrində aktiv iştirak edir”. Bu açıqlamanı APA-ya YUNESKO-nun Moskva bürosunun sosial və humanitar elmlər üzrə proqram mütəxəssisi Alla Ampar verib. Qeyd edək ki, YUNESKO Bürosu Moskvada yerləşsə də, Azərbaycan, Ermənistan, Belarus, Moldova və Rusiyada fəaliyyət göstərir.

Alla Amparın sözlərinə görə, yaxın gələcək üçün konkret layihələr barədə danışmaq hələ tezdir, lakin YUNESKO-nun ümumi strategiyası dəyişilməz qalır: “Əsas diqqət yenə də inan hüquqları, bioetika, AİDS / HİV probleminə ayrılacaq. YUNESKO-nun növbəti baş konfransı oktyabrda keçiriləcək və burada qurumun yeni baş direktoru seçiləcək. YUNESKO-nun insan hüquqları, bioetika sahələrində strategiyası qurum üçün prioritet təşkil edir və biz bu sahədə proqramların reallaşdırılmasını davam etdirəcəyik”.

Alla Ampar bildirib ki, YUNESKO ümumi layihələrlə yanaşı, hər bir ölkənin tələbatlarına və maraqlarına uyğun xüsusi layihələr də həyata keçirir: “Azərbaycan qadınların cəmiyyətin siyasi həyatda iştirakına dair layihələrdə çox aktiv iştirak edir. AİDS-HİV problemi və bioetika problemləri regionun bütün ölkələri kimi Azərbaycan üçün də aktualdır. Biz bununla bağlı layihələri həyata keçirməkdə davam etdirəcəyik”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO