Azərbaycan Prezidenti Danimarka Kraliçasını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Danimarkanın Kraliçası II Marqreteyə təbrik məktubu ünvanlayıb.
“Danimarka Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Əminəm ki, Azərbaycan ilə Danimarka arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”, – təbrikdə deyilir.
İlham Əliyev II Marqreteyə möhkəm cansağlığı, xoşbəxtlik, dost Danimarka xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO