Azərbaycan Parlamenti Baş prokurorun təyinatı ilə bağlı məhdudiyyətin götürülməsini müzakirə edəcək

Azərbaycan Parlamentinin növbəti iclasında “Prokurorluq haqqında” qanun layihəsinə əlavə və dəyişikliklər müzakirə olunacaq. “Oktyabrın 20-də keçiriləcək iclasın gündəliyində 16 məsələnin müzakirəsi nəzərdə tutulur”, – bazar ertəsi Trend News-a Milli Məclisdən bildirilib.

Azərbaycan Konstitutsiyasının 133-cü maddəsində qeyd olunub ki, Baş prokuroru Prezident MM-in razılığı ilə vəzifəyə təyin edir və vəzifədən azad edir. “Prokurorluq haqqında “qanunun 16-cı maddəsinin tələbinə görə, Baş prokurorun səlahiyyət müddəti 5 ildir. Eyni şəxs iki dəfədən artıq təkrarən Baş prokuror təyin oluna bilməz.

Azərbaycanın Baş prokuroru Zakir Qaralov ikinci dəfədir bu səlahiyyəti həyata keçirir və 2010-cu ilin aprelində onun bu vəzifədə fəaliyyət müddəti başa çatır. Qanunvericilik təşəbbüsü ilə Prezident İlham Əliyevin Parlamentə göndərdiyi layihədə eyni şəxsin iki dəfədən artıq Baş prokuror, hərbi prokuror, Naxçıvan Muxtar Respublikasının prokuroru və hərbi prokuroru vəzifəsinə təyin olunmasına tətbiq edilən məhdudiyyətin aradan qaldırılması nəzərdə tutulub.

Parlamentin iclasında “Daxili Qoşunların statusu haqqında”, “Sahibkarlıq faəliyyəti haqqında”, “Dövlət rüsumu haqqında” və digər qanunlara əlavə dəyişikliklər də müzakirə olunacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO