Azərbaycan parlamenti 2012-ci il dövlət büdcəsinin layihəsini təsdiq edib

Spiker Oqtay Əsədov bildirib ki, gündəlikdə 10 gün əvvəl hökumətə göndərilən Azərbaycanın 2012-ci il dövlət büdcəsi zərfinə daxil olan məsələlər durur. İclasda çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, gələn ilin dövlət büdcəsinin layihəsi deputatlar tərəfindən verilən təkliflərdən sonra ətraflı müzakirə olunub: «Son iclasdan sonra hökumət burada müzakirə zamanı qaldırılan məsələlərlə bağlı araşdırmalar aparıb».

Milli Məclisin xərclər smetasının müzakirəsi zamanı təkliflərdə kommunikasiya üçün əlavə 671 min manat həcmində vəsaitin ayrılması məqbul hesab edilib. Ehtiyatda olan hərbi qulluqçular üçün kirayə haqları məqsədi ilə əlavə olaraq 1,4 mln. manatın verilməsi məqbul hesab olunub. Deputatların təklifləri nəzərə alınmaqla QHT-ləirin inkişafı üçün vəsait 1 mln. manat artırılmaqla 3,7 mln. manata, bələdiyyələrə verilən dotasiyalar 1 mln. manat artırılmaqla 5 mln. manata çatdırılıb.

Ümumilikdə, büdcənin xərclər hissəsi 87,6 mln. manat və ya 0,5% artırılaraq 17,072 mlrd. manata çatdırılıb. Nəticədə, büdcə kəsiri 634 mln. manata çatıb. Sonda dəyişikliklər səsə qoyularaq təsdiqlənib.

Bununla yanaşı, parlament Milli Məclis və Hesablama Palatasının 2012-ci il üçün xərclər smetaları təsdiq olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO