Azərbaycan MSK-nın sədri Avropa seçki qurumlarının konfransında iştirak edəcək

MSK-nın mətbuat xidmətindən bildirilib ki, Komissiyanın sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti mayın 9-dan 15-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.

Səfər Avropa Şurası Venesiya Komissiyasının baş katibi Tomas Markertin dəvəti ilə gerçəkləşəcək. Nümayəndə heyəti Vyanada keçiriləcək Avropa seçki qurumlarının 8-ci konfransında iştirak edəcək.

Tədbir “Dəyişən dünyada seçkilər” mövzusuna həsr olunur.

Səfər zamanı Pənahovun bir sıra seçki qurumları və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri də nəzərdə tutulub. Görüşlər zamanı həmin qurumlarla gələcək əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Səfər çərçivəsində MSK sədrinin Avropa Şurası və Avropa İttifaqı tərəfindən təşkil olunmuş Şərqi Avropa ölkələri seçki qurumlarının koordinasiya toplantısında iştirakı da nəzərdə tutulur.
Səfərdə Pənahovu MSK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov müşayiət edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO