Azərbaycan MSK müxalif hərəkatın müraciətini cavablandırmağa hazırdır

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) müxalif hərəkatın Seçki Məcəlləsinin bəzi maddələrinə şərh verilməsi ilə bağlı müraciətini cavablandıra bilər. “Mərkəzi Seçki Komissiyasının Seçki Məcəlləsinin maddələrinə şərh verməsində qeyri-adilik yoxdur. Siyasi partiyaların maddələrə şərhin alınması ilə bağlı müraciəti Milli Məclisin müvafiq komissiyasına təqdim etmələri daha yaxşı olardı”, – çərşənbə günü Trend News-a MSK-nın Hüquq şöbəsinin müdiri İradə Hacıyeva bildirib.

Azərbaycanın altı müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Müsavat, Demokrat, Ümid partiyaları) təmsil olunduğu Qarabağ və Respublika Uğrunda Hərəkat bələdiyyə seçkisi öncəsi Seçki Məcəlləsinin bəzi maddələrinə şərh verilməsi ilə bağlı MSK-ya müraciət etmək barədə qərar qəbul edib. Azərbaycanda bələdiyyə seçkisinin dekabrın ortalarında keçirilməsi gözlənilir.

Müxalif hərəkatın müraciətinin MSK-ya daxil olub-olmamasına gəlincə, şöbə müdirinin sözlərinə görə, ola bilsin ki, müraciət komissiyanın ümumi şöbəsinə daxil olub. “Şəxsən mənə belə müraciət təqdim olunmayıb”, – Hacıyeva deyib.

Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev çərşənbə günü Trend News-a bildirib ki, hərəkat artıq müraciəti Mərkəzi Seçki Komissiyasına göndərib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO