ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistana xarici işlər nazirləri səviyyəsində görüş təklif edib.
APA-nın xəbərinə görə, bu barədə məlumat verən xarici işlər naziri Elmar Məmmədyarov rəsmi Bakının bu görüşə razılıq verdiyini bildirib.
Nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı həmsədrlərin tərəflərə yeni təkliflər təqdim etmədiklərini də vurğulayıb.
Qeyd edək ki, həmsədrlər regiona son səfərin yekunlarına dair bəyanatlarında yaxın həftələrdə yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirəcəklərini bildirmişdilər.