Azərbaycan DSX ABŞ Dövlət Departamentinin hesabatını araşdırır


Azərbaycanda sərhədpozma hallarının sayı ilbəil azalmaqdadır. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanı, general-leytenant Elçin Quliyev bildirib.

“Azərbaycanda sərhəd mühafizəsinin texniki inkişafı yüksək səviyyədə təmin edilib. Bu da ona gətirib çıxarır ki, sərhəd pozuntularının sayı azalıb”, Quliyev açıqlayıb.

Onun sözlərinə görə, hazırda dövlət sərhədlərimizdə vəziyyət tam sabitdir və nəzarət altındadır.
Quliyev deyib ki, martın 15-də Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsində ABŞ Dövlət Departamentinin açıqlaması ilə bağlı məsələyə dair təfsilatlı izahat veriləcək.

Quliyev qeyd edib ki, bununla bağlı şəxsən xüsusi tapşırıq verib.

Onun sözlərinə görə, bəzi KİV-lərdə informasiyanın ictimaiyyətə çatdırılmasında müəyyən yanlışlıqlara yol verilib.

“Bizim sərhədlərimizin böyük bir hissəsi hazırda işğal altındadır və Azərbaycan dövləti dəfələrlə bu haqda qeyd edib ki, ordan narkotrafikə yol verilir. Bu, Azərbaycan- İran sərhəddinin 132 km-lik bir hissəsidir. Düşünürəm ki, həmin məlumatlar dövlət sərhədimizin məhz həmin hissəsinə şamil edilib”, – Quliyev bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO