Azərbaycanla Belarus arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında müqavilə təsdiq edildi

Azərbaycanla Belarus arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında müqavilə təsdiq edildiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında” Müqavilənin və onun Proqramının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Sənəddə qeyd olunur:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında” 2015-ci il noyabrın 28-də Minsk şəhərində imzalanmış Müqavilə və onun Proqramı təsdiq edilsin”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO