Azərbaycanda maliyyə bazarının sabitliyinin tənzimlənməsi üçün yeni komitə yaradılacaq

Azərbaycanda maliyyə bazarının sabitliyinin tənzimlənməsi üçün yeni komitə yaradılacaqAzərbaycanda maliyyə bazarının sabitliyinin tənzimlənməsi üçün yeni komitənin yaradılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə işçi qrupunun rəhbəri Rüfət Aslanlı deyib.

R.Aslanlı qeyd edib ki, bu barədə memorandum imzalanması nəzərdə tutulur: “Bununla bağlı Mərkəzi Bank, Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası arasında memorandumun imzalanması nəzərdə tutulur və bu sənəd də imzalanmaq üçün razılaşdırılıb”.

R.Aslanlı bildirib ki, yeni qurumun Maliyyə Sabitliyi Komitəsi adlandırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, adıçəkilən komitəni maliyyə sahəsində sabitliyi və dayanıqlığı təmin etmək, likvidlik məsələlərini həll etmək üçün yaratmaq lazımdır. Bu, üç əsas elementdən ibarət yeni mexanizmin bəndlərindən biridir.

İşçi qrupunun rəhbəri əlavə edib ki, bu elementlərə sistem yaradan bankların sağlamlaşdırılması, sistemdə rolundan asılı olmayaraq banklarda likvidlik probleminin həlli və nəhayət, risklərin ümumi portfelinin tənzimlənməsi aiddir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO