Azərbaycanda magistraturaya qəbul imtahanı ilə bağlı dəyişiklik

Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Azərbaycanda ali məktəblərin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarının tarixi dəyişdiriləcək. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Әliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il magistraturaya qəbul imtahanının birinci mərhələsi martın əvvəlində keçirilmişdi. Bu il isə həmin imtahanın fevralın sonunda keçirilməsi nəzərdə tutulur. Ötən il qəbul imtahanının ikinci mərhələsi üzrə imtahan mayın sonunda baş tutmuşdu. Bu il isə həmin imtahanların aprelin sonu, mayın əvvəlində keçirilməsi planlaşdırılır.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO