Azərbaycan və Sloveniya Silahlı Qüvvələri arasında “Mühazirəçi mübadiləsi ” keçirilib

Azərbaycan və Sloveniya Silahlı Qüvvələri arasında "Mühazirəçi mübadiləsi" keçirilibAzərbaycan və Sloveniya Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, aprelin 29-da Bakıda “Mühazirəçi mübadiləsi” tədbiri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sloveniya Silahlı Qüvvələrinin nümayəndələri Loen Reçnik və polkovnik Aleksandr Murko tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında “Balkanlarda mövcud vəziyyət” və “Beynəlxalq missiyalara Sloveniyanın baxışı” mövzularında brifinqlər təqdim olunub.

Tədbirin əsas məqsədi Cənubi Qafqazda və Balkanlarda regional təhlükəsizlik məsələləri barədə məlumat mübadiləsi, o cümlədən Silahlı Qüvvələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO