Azərbaycan ilk dəfə qızılca və məxmərəyin qarşısının alınmasına görə Avropada onuncu yeri tutdu

Azərbaycan ilk dəfə qızılca və məxmərəyin qarşısının alınmasına görə Avropada onuncu yeri tutduÖlkə səhiyyəsi tarixində ilk dəfə olaraq, Azərbaycan dövləti qızılca və məxmərək xəstəliklərinin qarşısının alınmasına görə Avropanın 53 ölkəsi arasında onuncu yeri tutub.

Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, SN-nin baş pediatrı Nəsib Quliyev deyib.

Bunu Azərbaycan səhiyyəsi üçün mühüm hadisə sayan N.Quliyev deyib ki, Azərbaycandan başqa 20 ölkə ya qızılcanın, ya da məxmərəyin eliminasiyasına, yəni ləğvinə nail olub. Amma Azərbaycan bunların hər ikisinə nail olub.

N.Quliyev Avropada belə qəbildən 10-12 ölkənin olduğunu da açıqlayıb: “Bu məlumatı bizə bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun rəhbəri Suzanna Yakab göndərib. Təşkilatın ekspertləri son bir necə ildə bu sahədəki vəziyyəti araşdırıb və belə nəticə əldə ediblər”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO