Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakıda yeni təyin olunmuş layihə əlaqələndiricisi Ələsgər Şahtaxtinskini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Ə.Şahtaxtinskini yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzu edib.

Görüş əsnasında Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO