Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalı artırılır

Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalı artırılır10 fevral 2016-cı il tarixində Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, yığıncaqda ABB-nin nizamnamə kapitalının artırılması və bir sıra prosedur məsələlərə baxılıb.

Ümumi yığıncaqda Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 500 milyon manat məbləğində artırılması, bununla da bankın nizamnamə kapitalının 1 milyard 141,3 milyon manata çatdırılması qərara alınıb.

Bununla yanaşı, Audit Komitəsinin tərkibində dəyişiklik edilib və kommersiya xarakterli layihə ilə bağlı prosedur məsələyə baxılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO