Avropa Şurası Azərbaycanda QHT və KİV haqqında qanunlara təklif olunan dəyişikliklərdən narahatlığını ifadə edib

Avropa Şurası (AŞ) Azərbaycanda QHT və KİV haqqında qanunlara təklif olunan dəyişikliklərdən narahatlığını ifadə edib. AŞ-dan APA-ya verilən xəbərə görə, bu gün belə bir birgə bəyanatla AŞ Nazirlər Komitəsini sədri, Sloveniyanın xarici işlər naziri Samuel Zboqar, AŞ PA prezidenti Luis Maria de Puç və AŞ-nın baş katibi Terri Devis çıxış edib.

Bəyanatda bildirilir ki, “Təklif olunan dəyişikliklərin qəbul olunması vətəndaş cəmiyyətinin vəzifələrini sərbəst və normal həyata keçirməsinə maneçilik törədəcək. Bu hətta, Avropa Şurasının Bakıdakı Siyasi Araşdırmalar Məktəbinin də bağlanması ilə nəticələnə bilər”.

AŞ rəhbərliyi Azərbaycan hökumətinə demokratiya və insan haqlarına dair Avropa Şurası standartlarına uyğun gələn istənilən dəyişikliklərin həyata keçirilməsinə yardım etməyə hazır olduğunu bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO