Avropa İttifaqının komissarı prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib

Avropa İttifaqının komissarı  prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib  Avropa İttifaqının xarici əlaqələr komissarı Benita Ferrero-Valdner Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib.
APA-nın məlumatına görə, xanım Benita Ferrero-Valdner ATƏT-in seçkilərdə qeydə aldığı tərəqqini alqışlayıb, Seçki Məcəlləsinə edilən dəyişiklikləri, müxalifətdən olan namizədlərin seçkidə iştirakı üçün daha yaxşı şərait yaradılmasını müsbət qiymətləndirib. “Ümidvaram ki, Azərbaycan hakimiyyəti ölkənin beynəlxalq öhdəlikləri yerinə yetirməsi, o cümlədən siyasi plüralizmin inkişafı, seçki kampaniyasının daha ədalətli şərtlərlə keçirilməsi, mətbuat azadlığı və aşıq debatların keçirilməsi istiqamətində səylərini daha da artıracaq”. Bəyanatda qeyd olunur ki, Avropa İttifaqı Azərbaycanın ölkədə demokratik institutların inkişafı səylərini dəstəkləməkdə davam edəcək, həmçinin Avropa Qonşuluq Siyasəti çərçivəsində ikitərəfli əməkdaşlığı genişləndirəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO