Avropa qanunsuz miqrantları Türkiyəyə qaytarır

Avropa qanunsuz miqrantları Türkiyəyə qaytarırMiqrantların ilk qrupu Avropa İttifaqı (Aİ) ilə razılaşmaya əsasən Türkiyəyə gətirilib. Trend xəbər verir ki, bu barədə Sky News Arabia telekanalı bildirib.

Televiziya kanalının məlumatına əsasən, Yunanıstanın Lesbos və Hios adalarından 202 qaçqın və miqrant İzmir vilayətinin Dikili şəhərinə çatdırılıb.

Xatırladaq ki, aprelin 4-dən Aİ və Türkiyə qeyri-qanuni miqrant və qaçqınların “birə-bir” dəyişdirilməsi sxemini işə salıblar. Razılaşmaya əsasən, Türkiyə ərazisindən Avropaya qeyri-qanuni yolla gələn miqrantlar suriyalı qaçqınlarla əvəz olunacaqlar.

Aİ liderləri hesab edirlər ki, belə sxem miqrantların Aralıq dənizi vasitəsilə qeyri-qanuni yolla və təhlükəli şəraitdə daşınması “biznes”ini əngəlləyə biləcək. Onların fikrincə, bu sxemlə Türkiyə ərazisində qanuni yolla sığınacaq almaq üçün ərizə ilə müraciət edəcəyi halda miqrantların qeyri-qanuni yolla Avropaya can atmaq həvəsi azalacaq. Beləliklə də, Türkiyədən başlayan, Aralıq dənizi və Yunanıstandan davam edən Aİ ölkələrinə qanunsuz miqrant axını azala bilər.

Hüquq müdafiəçiləri bu razılaşmanı pisləyir və hesab edirlər ki, bununla Avropadan kütləvi və səbəbsiz deportasiyaların sayı artacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO