Avropa Komissiyası Azərbaycanın tələbinə cavab verdi

Avropa Komissiyası Azərbaycan tərəfinin narazılığından sonra rəsmi saytında Joze Manuel Barrozonun Bakıdakı çıxışının tam mətnini yerləşdirib.
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun Bakıya səfəri çərçivəsində xarici və yerli KİV qarşısında çıxışının Avropa Komissiyasının rəsmi saytında tam şəkildə verilməməsi ilə bağlı narahatlığını ifadə edib. Bundan əlavə Azərbaycanın ərazi bütövlüyünə dair sitatlar silinib və digər mülahizələrlə əvəz olunub.

Joze Manuel Barrozunun sədrliyi ilə Avropa Komissiyasının nümayəndə heyəti yanvarın 13-də Bakıya gəlib. Bu, Avropa Komissiyası sədrinin fəaliyyəti dövründə Azərbaycana ilk səfəri olub. Barrozunu energetika üzrə Avropa komissarı Günter Ottinger müşayiət edib.

Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransı zamanı Barrozu digər məsələlərlə yanaşı, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinə də toxunub, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Barrozu xüsusilə deyib: “Avropa İttifaqı, əlbəttə ki, tərəfdaş ölkələr, o cümlədən Azərbaycanın ərazi bötüvlüyü prinsiplərini dəstəkləyir. Biz həmçinin ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik və etimadın yaradılması üzrə tədbirləri maliyyələşdirməyə hazırıq”, XİN-in məlumatında deyilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO