AVCİYA bütün seçki məntəqələrində səsvermənin gedişini müşahidə edəcək

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) oktyabrın 15-də bütün seçki məntəqələrində səsvermənin gedişini müşahidə edəcək. Bu barədə APA-ya assosiasiyanın seçki departamentinin rəhbəri Məhərrəm Zülfüqarlı məlumat verib. Onun sözlərinə görə, ölkə üzrə 5148 seçki məntəqəsinin hər birində müşahidə aparılacaq, 800 seçki məntəqəsində isə “exit-poll” keçiriləcək. M. Zülfüqarlı hər məntəqəyə 2 nəfər “exit-poll”çu göndəriləcəyini, nəticələrin operativ hesablanması üçün seçki qərargahında 20 operatorun olacağını, onların mütəmadi olaraq yerli koordinatorlar və müşahidəçilərlə əlaqə saxlayacaqlarını qeyd edib: “Qeydə alınan seçki pozuntuları haqqında dərhal məlumat yayılacaq. “Exit-pol”la bağlı səsvermə günü 3 dəfə məlumat veriləcək. Yekun nəticə isə oktyabrın 16-də elan ediləcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO