ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfərinin tarixi açıqlanıb

APA-nın məlumatına görə, səfərə Azərbaycandan başlayacaq həmsədrlər noyabrın 26-da Bakıda bir sıra görüşlər keçirəcəklər. Həmsədrlərin XİN başçısı Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşü planlaşdırılır. Həmsədrlər səfərin gedişindən bundan əvvəl bəyan etdikləri kimi “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni ideyalar təklif edəcəklər”. Vasitəçilərin regiona səfəri ATƏT Xarici İşlər Nazirləri Şurasının Dublində keçiriləcək toplantısı ərəfəsinə təsadüf edəcək. Həmsədrlərin də dekabrın 6-7-də keçiriləcək toplantıda iştirakı nəzərdə tutulur.
Onlar regiona səfər zamanı Ermənistan xarici işlər naziri və prezidenti ilə görüş planlaşdırırlar. Hava şəraiti imkan verəcəyi təqdirdə həmsədrlər Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ regionuna da səfəri gözlənilir.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO