“AtaBank” nağdsız ödəmələrin stimullaşdırılması aksiyası çərçivəsində qaliblərini müəyyən edib

“AtaBank” ASC-nin keçirdiyi “Nağdsız ödə, nağd qazan” kampaniyası çərçivəsində bankın Yasamal, Səbail və Mingəçevir filiallarından müxtəlif məbləğdə pul mükafatları qazanmış Nəbiyev Zaur Həşim oğlu, Hacıağayev İlham Abdulrza oğlu, Abbasov Sədi Hüseyn oğlu və Qasımov Rəşad Əhməd oğlu qalib olublar. Bu barədə Trend-ə çərşənbə axşamı bankdan daxil olan məlumatda bildirilir.
Qaliblər “AtaBank” ASC-nin POS-terminalları vasitəsilə alış-veriş etmiş və 20 (iyirmi) manatlıq çeki banka təqdim edərək uduşlu kuponlar əldə etmişdilər. Kampaniyada yalnız “AtaBank” ASC müştəriləri yox, bütün plastk kart sahibləri iştirak edə bilər. Məhz bu səbəbdən də hər birinizə, alış-veriş üçün “AtaBank” ASC-nın POS-terminallarından istifadə etməyi məsləhət görürük.
Kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduş var. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd bank ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir.
Kampaniya haqqında daha ətraflı məlumat üçün www.atabank.com saytına, www.facebook.com/atabank və https://twitter.com/AtaBank səhifəsinə daxil olmaq olar.
“AtaBank” ASC-nın Pos-terminal siyahısı: http://atabank.com/?sid=131

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO