“ASAN xidmət”lə Dövlət İdarəçilik Akademiyası arasında memorandum imzalanıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Trend-in məlumatına görə, memorandumu Akademiyanın rektoru Urxan Ələkbərov və Agentliyin rəisi İnam Kərimov imzalayıblar.

Memorandumda tərəflər arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, dəyirmi masa və seminarların, müzakirələrin keçirilməsi, müxtəlif elmi tədqiqatların, analitik materialların hazırlanması nəzərdə tutulur.

Akademiyanın rektoru Urxan Ələkbərov bildirib ki, qarşılıqlı əməkdaşlıq səmərəsini verəcək və tələbələrin praktiki biliklərinin artırılmasına imkan yaradacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO