Aprelin 11-də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri başlayır

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan həmsədrlərin aprelin 11-12-də İrəvanda səfərdə olacaqlarını deyib. Vasitəçilər xarici işlər naziri Edvard Nalbandyan və prezident Serj Sərkisyanla görüşəcəklər.

Xatırladaq ki, həmsədrlərin Bakı və Xankəndinə də səfərləri nəzərdə tutulur. Onların Azərbaycan paytaxtına aprelin 13-14-də gəlməsi gözlənilir. Vasitəçilər Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovlar görüşəcəklər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO