AŞPA-nın qış sessiyasında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi açıqlanıb

Milli Məclisin (MM) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sessiyada MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda Azərbaycanın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev, Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov və Fazil Mustafa daxildirlər.

Sessiyada İnsan Hüquqları Məsələləri üzrə Avropa Şurası Komissarının seçilməsi, Avropada demoqrafik tendensiyalar, Qadınlara qarşı zorakılıq və məişət zorakılığı əleyhinə Avropa Şurası Konvensiyasının inkişaf etdirilməsi, Avropada müsəlman qadınlar, hər kəsin mədəni həyatda iştirak hüququ, Belarusda vəziyyət, Ukraynada, Bosniya və Herseqovinada demokratik qurumların fəaliyyəti, Serbiya tərəfindən öhdəliklərin həyata keçirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
İclaslarda deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO