AŞPA-NINN YAZ SESSİYASI APRELİN 27-DƏ ÖZ İŞİNƏ BAŞLAYACAQDIR

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası aprelin 27-də öz işinə başlayacaqdır. AŞPA-NINN YAZ SESSİYASI APRELİN 27-DƏ ÖZ İŞİNƏ BAŞLAYACAQDIR
Aprelin 30-dək davam edəcək sessiyasının gündəliyinə Azərbaycanla bağlı heç bir məsələ daxil edilməmişdir.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daim komissiyasının sədri, Azərbaycanın AŞPA-dakı daimi nimayəndə heyətinin rəhbəri Səməd Seyidov demişdir ki, sessiyada AŞPA bürosunun və daimi komitənin fəaliyyəti, Makedoniya, Çernoqoriya və Moldovada keçirilmiş prezident seçkilərinin nəticələri, Avropa Şurasının 60 illiyinin qeyd edilməsi edilməsi, təcili hallarda insan hüquqlarına yardım kimi məsələlər müzakirə ediləcəkdir.

Bununla yanaşı, sessiyada İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimin seçilməsi, Serbiyanın qurum qarşısında götürdüyü öhdəliklər, Gürcüstanla Rusiya arasında yaranmış vəziyyətlə əlaqədar AŞPA-nın qəbul etdiyi qətnamənin icrasının vəziyyəti məsələləri ətrafında fikir mübadiləsi aparılacaq və Nazirlər Komitəsinin hesabatı dinləniləcəkdir.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: offi[email protected]

1905.az STUDIO