AMEA-nın müxbir üzvü Adil Qəribov MDB komissiyasının fəxri fərmanı ilə təltif edilib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Radiasiya Problemləri İnstitutunun direktoru, əməkdar elm xadimi, kimya elmləri doktoru Adil Qəribov atom enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə MDB ölkələri dövlətlərinin əməkdaşlığının inkişafına verdiyi töhfələrə görə “Atom Enerjisinin Dinc Məqsədlərlə İstifadəsi Üzrə MDB Ölkələri Dövlətləri Komissiyası”nın İcraiyə Komitəsinin fəxri fərmanı ilə təltif edilib.
Trend çərşənbə günü AMEA-nın saytına istinadən xəbər verir ki, Qəribovun rəhbərliyi altında AMEA Radiasiya Problemləri İnstitutunda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, nüvə fizikası, nüvə və radiasiya təhlükəsizliyi, radioekologiya, nüvə və radioizotoplu texnologiya və metodların tətbiqi, nüvə biliklərinin toplanması və istifadəsi üzrə müasir və beynəlxalq miqyaslı elmi-tədqiqat işləri aparılır.
İnstitutda, həmçinin atom enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə MDB ölkələri dövlətləri ilə əməkdaşlıq sahəsində mühüm işlər görülür

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO