Ali məktəb tələbələrinin XVII Respublika Fənn Olimpiadasının qalibləri mükafatlandırılıb

Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil olunan ali məktəb tələbələrinin XVII Respublika Fənn Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Trend-in məlumatına görə, çərşənbə günü keçirilən tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, tələbələrin fənn olimpiadaları hər il müxtəlif ali məktəblərdə keçirilir. Bu il olimpiada Azərbaycan Dövlət Pedaqoji Universitetinin bazasında 12 fənn üzrə keçirilib. Olimpiadanın yekun turunda 39 ali məktəbdə təhsil alan 685 tələbə iştirak edib. Onlar Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Zaqatala və Quba şəhərlərindəki 32 dövlət və 7 qeyri-dövlət ali məktəb və onların filiallarında keçirilən olimpiadaların qalibləri sırasından seçilib. Olimpiadada iştirak edən 39 universitetdən 24-nün tələbələri uğur qazanıb.
Münsiflər heyətinin qərarına görə, olimiadada I yerə 10, II yerə 23, III yerə 36, həvəsləndirici yerə isə 51 tələbə layiq görülüb.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO